İSİTMƏ, SOYUTMA, HAVALANDIRMA VƏ SU TƏCHIZATI ÜZRƏ LAYİHƏ QURAŞDIRMA VƏ SERVİS XİDMƏTLƏRİ LAYİHƏLƏR
LAYİHƏLƏNDİRMƏ, QURAŞDIRMA VƏ BURAXILIŞ-SAZLAMA, SERVİS ŞİRKƏT HAQQINDA
"KB Press-Avtomat" MMC konstruktor bürosu özəl müəssisə kimi 1994-cü ildə yaradılmışdır. Bu dövr, müstəqil Respublikamızın ilk quruculuq illərinə təsadüf etdiyi üçün, müasir texnologiyaların öyrənilməsi və tətbiqi Dövlət səviyyəsində prioritet istiqamətlərdən biri olub.
"KB Press-Avtomat" MMC müəssisəsi yaranmış bu imkandan istifadə edərək, qısa müddət ərzində Avropanın ən tanınmış iri şirkətləri ilə əməkdaşlığa başladı və ilk dəfə Respublikamızda yerli mütəxəssislərin gücü ilə müasir qazanxanaları quraşdırıb istismara buraxdı.
Respublikamızda istilik sistemlər üzrə yeni texnologiyaların tətbiqini sürətləndirmək məqsədi ilə 2001-ci ildə "KB Press-Avtomat" MMC müəssisəsi tərəfindən, Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitesinde “Müasir isitmə texnikası” mövzusunda, Bakıda ilk Beynəlxalq seminar keçirildi. Seminarda Almaniya, Finlandiya , Rusiya mütəxəssisləri və Respublikanın 30-a qədər müxtəlif institut və təşkilatların nümayəndələri iştirak etdilər.
Hal-hazırda da Respublikanın aparıcı institutları ilə sıx əlaqədə əməkdaşlıq edirik və çoxlu sayda Dövlət əhəmiyyətli birgə layihələrimiz vardır.
Məlum olduğu kimi, texnika sürətlə inkişaf edir və bu inkişafın nəbzini tutmaq üçün, müəssisəmizin əməkdaşları mütəmadi olaraq, Avropanın tanınmış şirkətlərin uyğun texniki yenilikləri ilə tanış olurlar, seminar və sərgilərdə iştirak edirlər.
Müəssisəmizdə, layihə, quraşdırma və buraxılış-sazlama işləri tərcübəli mütəxəssislər tərəfindən həyata keçirildiyi üçün yüksək keyfiyyətə tam zəmanət verilir.
Buna əmin olmaq üçün işlərimiz ilə tanış ola bilərsiniz.

Bizim devizimiz: “Hər işdə keyfiyyəti axtarın ki, uğur Sizi tapsın”


Təsisçi-Direktor "KB Press-Avtomat" MMC Qulu Qədimov
"KB Press-Avtomat" MMC müəssisəsinin mütəxəssisləri öz professional biliklərini artırmaq məqsədi ilə mütamadi olaraq isitmə, soyutma,...
"KB Press-Avtomat" MMC konstruktor bürosu tərəfindən aşağıdakı servis işləri yerinə yetirilir: mövcud qazanxana və nasosxana...
"KB Press-Avtomat" MMC müəssisəsi tərəfindən gücü 12000 kvt qədər olan qazanxana sistemləri quraşdırırlıb yerinə yetirilən...
Müəssisəmiz tərəfindən  yerinə yetirilən layihə işləri: isitmə, soyutma və ventilyasiya sistemlərinin layihələndirilməsi; qazanxanaların layihələndirilməsi; nasosxanaların...
PARTNYORLAR
Viessmann
Calpeda
Oilon
Sesinoks
Systemair
Wilo
Danfoss
Minib
Oventrop
Airaga
LG (vrf)
Alarko
Untes